Aptek müdiri
Vakansiya haqqında
Tələblər
- Əczaçılıq
üzrə tibbi təhsil (Ali və ya orta ixtisas);
- Müvafiq
sahədə 3 il iş təcrübəsi;
- 1C
proqram biliyi arzuolunandır;
- İşində
dəqiq və məsuliyyətli olmalıdır.
Vəzifə funksiyaları
- İşlədiyi
aptekdəki dərmanların qəbuluna cavabdehlik;
- Aptekdə
dərmanların iadəsinə nəzarət;
- Malların
son istifadə tarixinə nəzarət edilməsinə cavabdehlik;
- Aptekin
ilkin mal qalığının yaradılmasına və aptekin gündəlik sifarişlərinin
topdansatış anbarlarından təchiz olunmasına nəzarət və təmin etmək;
- Əczaçılıq
qaydalarının pozulması, sanitar-gigiyenik normalara əməl edilməməsi,
istehlakçı hüquqlarının pozulması, qanunvericilikdə nəzərdə tutulmuş
inzibati və cinayət xarakterli əməllərə görə məsuliyyət daşımaq;
- Müəssisənin
fəaliyyəti barədə statistik və digər hesabatların vaxtında təqdim
olunmasına nəzarət;
- Məhsulun
keyfiyyəti ilə əlaqədar bütün geri qaytarılmaların, şikayətlərin və geri
çağırılmaların, həmçinin bu zaman aparılan tədqiqatların icmalının
aparılması;
- Aptek
işçiləri tərəfindən iş rejiminə əməl olunmasına nəzarət;
- Aptekin
mal qalığını tənzimlənmək, tələbata uyğun olaraq vaxtlı-vaxtında şirkətə
sifarişlərin verilməsini təmin etmək;
- Ona həvalə
olunmuş rəflərdəki məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət
etmək;
- Aptekə
alınan malların tərkiblərinə uyğun tələb olunan qaydada qorunub
saxlanılması, yerləşdirilməsi üzrə işlərin aparılmasını təşkil etmək və nəzarəti
həyata keçirmək;
- Dərman
preparatları barədə müştəriləri dolğun məlumatlandırmaq;
- Müştərinin
sifarişini vaxtında və dəqiq yerinə yetirmək.
İş şəraiti
- İş
qrafiki: 09:00 -18:00
- Əmək
haqqı: 800 - 850 AZN + Bonus sistemi mövcuddur.