Daxil olCV yükləVakansiya göndər
R

Aparıcı mühasib

MaaşRazılaşma ilə
ŞəhərBakı
İş rejimiTam ştat
Təcrübə1–3 il
Müraciət et
3 baxışSon tarix: 17 dekabr

Vakansiya haqqında

İşin təsviri

Əsas vəzifə və öhdəliklər

  • Şirkətin mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və mühasibat uçotu standartlarına uyğun aparılması.
  • Gündəlik maliyyə əməliyyatlarının, bank və kassa əməliyyatlarının uçotunun aparılması.
  • Debitor və kreditor borclarının uçotunun aparılması, üzləşmələrin həyata keçirilməsi və borcların izlənilməsi.
  • Alış, satış, gəlir və xərc əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi.
  • Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin uçotunun aparılması, amortizasiya hesablamalarının həyata keçirilməsi.
  • Əməkhaqqının, məzuniyyət və digər əmək ödənişlərinin hesablanması, müvafiq tutulmaların və ödənişlərin düzgün uçota alınması.
  • Vergi bəyannamələrinin və digər məcburi hesabatların hazırlanması, yoxlanılması və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə təqdim edilməsi.
  • ƏDV, mənfəət vergisi, gəlir vergisi, ödəmə mənbəyində tutulan vergi və digər vergi öhdəliklərinin hesablanmasına nəzarət edilməsi.
  • Elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturalarının və digər müvafiq sənədlərin düzgün rəsmiləşdirilməsinin təmin edilməsi.
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması.
  • Mühasibat hesablarının üzləşdirilməsi, inventarizasiyanın təşkili və nəticələrinin uçotda əks etdirilməsi.
  • Bank çıxarışlarının, müqavilələrin, hesab-fakturaların, təhvil-təslim aktlarının və digər maliyyə sənədlərinin yoxlanılması.
  • Rəhbərliyə maliyyə vəziyyəti, gəlir və xərclər, debitor-kreditor borcları və digər maliyyə göstəriciləri barədə məlumatların təqdim edilməsi.

Namizədə dair tələblər

Tələb edilən bacarıqlar və təhsil

  • Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil.
  • ERP sistemləri ilə işləmə bacarığı.
  • Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi; aparıcı mühasib vəzifəsində təcrübəyə üstünlük verilir.
  • Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi, mühasibat uçotu qaydaları və maliyyə hesabatlılığı üzrə biliklər.
  • Analitik düşünmə, detallara diqqət və rəqəmlərlə işləmək bacarığı.
  • Yüksək məsuliyyətlilik, dəqiqlik, operativlik və komanda ilə işləmək bacarığı.
  • İşin müstəqil təşkili, prioritetlərin müəyyənləşdirilməsi və son tarixlərə riayət etmək bacarığı.

İş şəraiti

  • Ünvan: Sabah city
  • İş qrafiki: Həftənin 5 iş günü, 09:00–18:00

(şənbə və bazar istirahət günləri)

  • Əmək haqqı: Razılaşma əsasında
Oxşar vakansiyalar

Bunlar da maraqlı ola bilər

Hamısına bax