Tibbi nümayəndə
- Əsas səhifə
- Vakansiyalar
- Tibbi nümayəndə
iş haqqında
Tələblər:
· Təhsil: Ali və ya orta təhsil (Tibb təhsili üstünlükdür);
· Təcrübə: Tibbi nümayəndə sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
· Dil bilikləri: Azərbaycan dili və rus dili biliyi arzuolunandır;
· Kompüter bilikləri: MS Office (Word, Excel, Power Point);
· Effektiv kommunikasiya və müştəriyönümlü satış bacarığı.
Vəzifə öhdəlikləri:
· Təyin olunmuş ərazi üzrə Həkimlərlə,Tibbi müəssisələrlə və Apteklərlə görüşlər keçirmək;
· Şirkətə məxsus olan məhsulların təqdimatını, tanıtımını və satışını həyata keçirmək;
· Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlamaq;
· Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək;
· Təqdim edilən məhsullara olan tələbatın öyrənilməsi;
· Məhsul haqqında müştəriyə düzgün informasiyanı ötürmək;
· Bazar araşdırması etmək və satış kanallarını artırmaq;
· Görülmüş işlər haqqında gündəlik və aylıq hesabatlar hazırlamaq;
İş şəraiti:
· İş qrafiki: I-V günlər – 09:00-18:00
· Əmək haqqı: 600 AZN (GROSS) + satışa görə mükafat.
Bütün uyğun namizədlər “Tibbi nümayəndə“ mövzusu ilə cv@azerimed.com ünvanına öz CV-lərini göndərməyə dəvət edirik.
Sizin müraciətlərinizi gözləyirik!
Əlavə suallar üçün 055-455-95-91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz