Sosial Media Meneceri
- Əsas səhifə
- Vakansiyalar
- Sosial Media Meneceri
iş haqqında
Tələblər:
∙ Ali təhsil;
∙ Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
∙ Azərbaycan və rus dili biliyi mütləq, ingilis dili biliyi arzuolunandır;
∙ Google Ads ilə işləmə və düzgün copywriting bacarığı üstünlükdür;
∙ Sosial media hesabları üzrə metodları və digər platformaları bilməli;
∙ Rəqəmsal və ənənəvi marketinq üzrə biliklər;
∙ Yenilikləri və trendləri izləməli;
∙ Komandada işləmək qabiliyyəti;
∙ Kreativ və innovativ düşüncəli olmalı.
Vəzifə öhdəlikləri:
∙ Şirkətə aid müvafiq brendlərin təhvil alınması və Sosial Media hesablarının idarə olunması (Facebook, Facebook Business Manager, Instagram, Google Ads. YouTube Studio);
∙ Reklamların idarə olunması, büdcənin hesablanması və aylıq təyinatı;
∙ Həftəlik/aylıq kontent planının hazırlanması;
∙ Dizayner, Videoqraf, Fotoqraf və Motion dizayner üçün müvafiq brieflərin yazılması;
∙ Fotoqraf və videoqrafa çəkiliş barədə olan ideyaların çatdırılması və çəkilişlərin idarə olunması;
∙ Marketinq kommunikasiyası üzrə müvafiq kanalllardan istifadə olunaraq kommunikasiyanın təşkili;
∙ Qoyulan marketinq hədəflərinə çatmaq üçün komanda ilə brainstorminqlərdə fəal iştirak;
∙ Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra olunması.
⠀⠀
İş şəraiti:
∙ Əmək haqqı: 600-800 AZN
∙ İş qrafiki: Tam iş günü
∙ Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli 42 A küçəsi.
Məlumatlarınızı cv@azerimed.com mail ünvanına göndərə bilərsiniz.