Məhsul üzrə menecer
- Əsas səhifə
- Vakansiyalar
- Məhsul üzrə menecer
iş haqqında
Tələblər:
- Yaş: 25-45;
- Tibb üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışıq və yazma bacarığı;
- Bir xarici dil biliyi (rus və ya ingilis) mütləqdir, əlavə xarici dil biliyi üstünlükdür;
- Komandada işləmə bacarığı;
- Peşəkar ünsiyyət qurma bacarığı;
- İnkişafa və öyrənməyə meyilli;
- MS Office proqramları ilə işləmə bacarığı;
- Analitik təfəkkür;
- İşində dəqiq və məsuliyyətli;
- Yüksək səviyyədə təqdimat bacarığı;
Vəzifə öhdəlikləri:
- Məhsulun satışının planlaşdırılması – bazara çıxarılması, mövqeləndirilməsi və inkişafı daxil olmaqla məhsulun həyat dövrünün idarə olunması;
- Cari bazar tendensiyalarının təhlil edilməsi, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və strateji tərəfdaşlıqların təşviq edilməsi;
- Bazar araşdırmasının aparılması, yeni marketinq üsullarının tətbiq edilməsi, müxtəlif aksiyaların hazırlanıb reallaşdırılması;
- Satış strategiyasını nəzərə alaraq qısa və uzunmüddətli perspektiv baxımından məhsulun marketinq planlarının işlənib hazırlaması
- Məhsul üzrə təlimlərin verilməsi və elmi-tibbi bazaya əsaslanan, kliniki-praktik sübuta malik dəstəyin göstərilməsi;
- Müvafiq şöbələrlə əməkdaşlıq edərək promosiya materiallarının hazırlanması;
İş şəraiti:
- Əmək haqqı: 1600-2000 AZN + Bonus sistemi mövcuddur.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Məhsul üzrə menecer” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.