Namizədə tələblər
- Ali hüquq təhsili;
- ən az 3 il iş təcrübəsi (məhkəmədə və ya digər dövlət orqanlarında olması arzuolunandır);
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsinə dair mükəmməl bilgilər;
- Azərbaycan, ingilis və rus dillərini əla bilmək.
- Bəy namizədlərə üstünlük veriləcəkdir.
İş haqqında məlumat
- Cəmiyyətin adından məhkəmədə nümayəndə kimi iştirak etmək və məhkəmə işlərini aparmaq, icra şöbələri ilə işləmək;
- Cəmiyyətin dövlət orqanları, hüquqi və fiziki şəxslər ilə münasibətlərdə təmsil etmək;
- Cəmiyyət üçün müqavilələri azərbaycan, rus və ingilis dilində hazırlamaq, həmçinin, təqdim edilən müqavilə layihələrinə rəy vermək;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavab hazırlamaq;
- Cəmiyyətdə keçirilən iclaslarda iştirak etmək və protokollar hazırlamaq;
- İş yeri Xırdalan şəhərində yerləşir, lazım gəldikdə, Şirkətin Azərbaycan Respublikasının bölgələrində yerləşən ofislərinə və ya burada yerləşən məhkəmə və dövlət idarələrinə gedilməsi də tələb olunacaqdır.
CV-lərinizi [email protected] elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
CV-lərin təqdim edilməsi üçün son tarix 01.09.2022