Daxil ol / Qeydiyyat

Anbardar (Gürcüstan)

Mətanət A

Müraciət et
Elanı premium et İrəli çək Elanın vaxtını yenilə

Şəhər: Bakı

Kateqoriya: Anbardar

Maaş: Razılaşma yolu ilə

Yaş: 30 - 50

Təhsil: Bakalavr

İş təcrübəsi: 1 - 3 il

Elanın yerləşdirmə tarixi: 17.07.2021

Elanın bitmə tarixi: 17.08.2021

Əlaqədar şəxs: Ələkbər Bədəlov

E-poçt ünvan: [email protected]

Telefon nömrəsi:

Namizədə tələblər

Tələblər:  Təhsil: Ali (bakalavr);  Yaş həddi: 30-50;  Kompüter biliyi: MS Office (Word, Excel), “1C”;  Dil bilikləri: Azərbaycan, Rus və Gürcü dili;  İş təcrübəsi: Müvafiq sahə üzrə 2 il.

İş haqqında məlumat

“Mətanət A” şirkəti Anbardar (Gürcüstan) vakansiyanı elan edir. İşin təsviri:  Mal-material qiymətlilərinin qəbulu, saxlanması və verilməsinə, anbar ərazisindən rasional istifadə etmə şərti ilə, həmçinin onların əldə olunmasının asanlaşdırılması şərti ilə yerləşdirilməsi işinə rəhbərlik edir;  Anbarlaşdırılan mal-material qiymətlilərinin qorunmasına, sayına düzgün nəzarət edilməsinə (Şirkətin sənədi üzərində), saxlanma rejiminə əməl olunmasına, qəbul və verilmə sənədlərinin doğru-düzgün tərtib olunmasına rəhbərlik edir;  Yanğın əleyhinə, texniki təhlükəsizlik və s. vasitələrin olmasına və sazlığına, otaqların vəziyyətinə, anbardakı avadanlıq və digər mal və materialların vəziyyətinə nəzarət edir;  Əməyin mühafizəsi norma, qayda və təlimatlarına riayət etməklə yükləmə-boşaltma işlərinin keçirilməsini təşkil edir və Aktlaşdırır;  Malı müşayiət edən sənədlərin toplanması, saxlanması və vaxtlı-vaxtında tədarükçülərə qaytarılmasına rəhbərlik edir;  Mal-material qiymətlilərinin inventarizasiyasının aparılmasında iştirak edir;  Müəyyən olunmuş hesabatların, anbar əməliyyatları uçotunun kompyuter proqramı və sənəd üzərində aparılmasına nəzarət edir;  Anbar təsərrüfatı işlərinin effektivliyinin artırılması, daşıma və mal-material qiymətlilərinin saxlanma xərclərinin azaldılması, anbar təsərrüfatının təşkilinə müasir hesablama texnikası vasitələrinin tətbiqi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsinə rəhbərlik edir;  Vaxtında Şirkətə hesabatları verir. Əmək haqqı:  Razılaşma yolu ilə. İş şəraiti:  İş saatı: 09-00-dan 18-00-dək;  Bazar günü istirahət;  İş yeri: Gürcüstan Respublikası, Tibilisi şəhərində yerləşəcəkdir. Qeyd:  İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;  Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərmək xahiş olunur;  Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar;  Əlaqə nömrəsi: 050-208-66-95.

Elanı paylaş

Oxşar vakansiyalar