ishvar.az

Bloq

Frilans nədir və frilanser kimdir?

Frilans sözü ingilis “freelance” sözündən əmələ gəlib. Sözbəsöz: free – azad, lance – nizə.

Frilans işləmək şirkət ştatından kənar işləmək deməkdir. Frilanser olduqda Siz özünüz müştəri axtarırsız, işi yerinə yetirirsiz və məvacibinizi alırsız. Frilans işini şəxsi biznes başlamaq üçün ilk addım kimi hesab etmək olar.

Misal üçün, Siz mətnlərlə işləyə bilirsiz – qrammatik düzgün və maraqlı yazmaq, redaktə etmək. Siz internet vasitəsi ilə saytlar üçün mətnlər yazmaq üzrə işlər tapa, yerinə yetirə və pul qazana bilərsiniz. İnternetdə bir çox sahələrin nümayəndələri axtarılır – proqramçı və dizaynerlərdən başlayaraq müəllim və ustalara kimi.

Frilanser – bu kimdir?

Frilanserlər arasında yaradıcı sahələr, İT və reklam mütəxəssisləri üstünlük təşkil edir. Son illərdə mühəndislər, müəllimlər, menecerlər, müşavirlər də frilans işləməyə başlayır.

Frilanser bəzən iş tapa bilməyən, məsuliyyətsiz və nə oldu etməyə hazır adam kimi təsəvvür edilir. Lakin aşağıda sadalanan səbəblərə görə frilanserə etibar etmək olar:

  1. Frilanser olmaq üçün əsas şərtimicin qorunması və portfolionun genişlənməsi.
  2. Frilanser hal-hazırda hər hansı bir şirkətdə işləyən əməkdaş da ola bilər.
  3. Şirkət əməkdaşından fərqli olaraq frilanser müştəriləri itirmək riskini nəzərə aldığından daima öz üzərində işləməli və işini keyfiyyətli görməlidir.

Frilanserlərin əksəriyyəti müştərini internet vasitəsi ilə axtarır, misal üçün, onlayn birja xidmətləri vasitəsi ilə. Sifarişçi həmçinin tanışlıqlardan, əlaqələrdən istifadə etməklə, dost-tanış vasitəsi ilə və öz xidmətlərini reklam etməklə də axtarılır.

Frilanserlər orta hesabla adi ofis işçisindən 1,5-2 dəfə artıq qazanc əldə edir.

Beləliklə qərara gəlmək olar ki, frilanser olmaq «məcburiyyət» deyil. Frilanser olmaq «məsuliyyətli seçim»dir!

Müzakirə

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Filtri yadda saxla
×